usiyada narkotik saxlamaq ittihamı ilə həbs olunan 23 yaşlı Zambiya vətəndaşı Ukraynada gedən döyüşlər zamanı ölüb.
Modern.az xəbər verir ki, bu barədə Zambiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Moskva Mühəndislik Fizika İnstitutunda təhsil alan Nathan Nyirenda 22 sentyabr 2022-ci ildə həlak olub.
Zambiya Nyirendanın hansı şəraitdə vəfat etməsi ilə bağlı Rusiya hakimiyyətindən ətraflı məlumat gözləyir.