Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov bu ölkəni Moskvanın NATO-ya üzv olmaq niyyətlərinə cavab vermək hüququ ilə hədələyib.
unian.net-in yazdığına görə, bu barədə “Balkan Observer” məlumat yayıb.
“Ukraynanın timsalında biz nə gözlədiyimizi göstərdik. Əgər təhlükə olarsa, reaksiya verəcəyik”, – deyə Kalabuxov Bosniya telekanalının efirində deyib.
Rusiya səfirinin sözlərinə görə, hazırda Rusiyanın BH ilə bağlı fəaliyyət planı yoxdur və Moskva buna “strateji və geosiyasi vəziyyəti təhlil etməklə” reaksiya verəcək.