Rusiya Ukraynaya müdaxiləsinə dəstək üçün Çindən hərbi texnika istəyib.
Bu barədə Financial Times xəbər verir.
Vəziyyətlə tanış olan rəsmilər bildirirlər ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Çinə sərt şəkildə xəbərdarlıq edəcək ki, Rusiyaya işğalda yardım və ya Qərb sanksiyalarından yayınmaq cəhdinin nəticələri olacaq.
Ağ Ev qorxur ki, bu addım Pekin və Moskva arasında daha sıx əlaqələrə işarədir.