- Cəmiyyət

Rusiya Donetsk vilayətini atəşə tutub

Avqustun 11-də Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətinin Marinka icmasının Elizavetivka kəndini atəşə tutması sonucunda bir qadın ölüb və 1 kişi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Donetsk vilayət Prokurorluğunun nümayəndəsi Olena Rudenko “Suspilne Donbas”a şərhində bildirib.

“11 avqust 2023-cü il tarixində, saat 19:00-a (Bakı vaxtı ilə 20:00 – red.) olan vəziyyətə görə, RF qoşunları, ehtimal ki, artilleriya silahından Pokrovsk rayonunun Marinka icmasının Elizavetivka kəndini atəşə tutub. Fərdi evin ərazisinə mərminin düşməsi sonucunda 70 yaşlı qadın ölüb. Onun 76 yaşlı əri mina partlayışlı və qəlpə yaraları alıb”, – Rudenko vurğulayıb.

Bildirilib ki, müharibə qanunlarının və adətlərinin pozulması faktı ilə bağlı ibtidai istintaqa başlanılıb.