- Cəmiyyət

Rusiya Finlandiya ilə sərhədyanı əməkdaşlıq müqaviləsini ləğv edib

Rusiyanın baş naziri Mixail Mişustin Moskva ilə Helsink arasında transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verən sərəncam imzalayıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış iki ölkə arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında sazişə xitam verilsin.

Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı qarşı tərəfi xəbərdar etmək tapşırılıb.