- Cəmiyyət, Manşet

Rusiya ilə Ukrayna arasında əsirlərin növbəti mübadiləsi baş tutub

Bu gün Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

APA Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ukraynada əsirlikdə saxlanılan 107 Rusiya hərbçisi azad olunub.

Azad olunmuş hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya göndəriləcəklər.

Rusiyanın da Ukrayna tərəfinə 107 hərbçini qaytardığı bildirilir.