- Cəmiyyət

Rusiya Kiyevə hücuma hazırlaşır, – Britaniya Müdafiə Nazirliyi

Rus işğalçıları yaxın günlərdə Kiyevə qarşı yeni hücum əməliyyatı hazırlaya bilər.

Kamilinfo unian.net-ə istinadən bildirir ki, belə bir bəyanatla Böyük Britaniya Müdafiə Nazirliyi çıxış edib.

Britaniya qurumu  bildirib ki, Rusiya yaxın günlərdə hücum fəaliyyətini bərpa etmək üçün ehtiyatlarını yenidən yükləmək niyyətindədir.

Bu, çox güman ki, Kiyevə qarşı əməliyyatları əhatə edəcək.
Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın hücumuna maddi-texniki problemlər və Ukraynanın güclü müqaviməti mane olur.