- Cəmiyyət

Rusiya kosmik fəzada ilk bədii filmini çəkəcək

Bu gün kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və “Çağırış” filminin rejissoru Klim Şipenkonun iştirakı ilə “Soyuz MS-19” kosmik gəmisi Baykonur kosmodromundan havaya qalxıb.

Bu barədə “Roskosmos”un yaydığı açıqlamada bildirilib.

Raketin kino çəkiliş qrupu ilə havaya buraxılması Moskva vaxtı ilə saat 11:55-də baş tutub. Doqquz dəqiqə yarımdan sonra “Soyuz MS-19” orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya istiqamət alacaq.

Bildirilib ki, orbitə qaldırılan heyət ilk dəfə olaraq kosmosda bədii filmin çəkilişlərində iştirak edəcək. Sonra aktrisa və rejissor yaz aylarından orbitdə olan kosmonavt Oleq Novitskiy ilə “Soyuz MS-18” gəmisi ilə geriyə qayıdacaq.

Qeyd edək ki, işçi adı “Çağırış” olan bədii filmi “Roskosmos”, Rusiyanın “Birinci kanal”ı və “Yellow, Black and White” studiyasının birgə layihəsidir. Çəkiləcək ekran əsəri bir kosmonavtın həyatını xilas etmək üçün heç vaxt kosmosda olmayan bir həkim qadın haqqındadır. (azertag)