Kiyev rejimi Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək üçün az gücə malik nüvə sursatını partlatmağı planlaşdırır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, İqor Kirillov bildirib.
“Rusiya Müdafiə Nazirliyində Kiyev rejiminin qondarma çirkli bomba və ya az gücə malik nüvə sursatının partladılması ilə bağlı təxribat planlaşdırdığı barədə məlumat var. Təxribatın məqsədi Rusiyanı Ukrayna əməliyyatlar teatrında kütləvi qırğın silahı törətməkdə ittiham etmək və bununla da dünyada Moskvaya olan etimadı sarsıtmağa yönəlmiş güclü anti-Rusiya kampaniyasına başlamaqdır”, deyə Rusiya MN rəsmisi vurğulayıb.