- Cəmiyyət, Manşet

Rusiya MN: Ukrayna PUA-larla Krıma hücum edib

Ukrayna pilotsuz uçuş aparatları ilə (PUA) işğal altındakı Krım yarımadasına hücum edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum bu gün səhər saatlarında olub.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri PUA-ları məhv edib.

Hücumun nəticələri barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, Ukrayna dünən (sentyabrın 4-də) də Krıma hücum etmişdi.

Xatırladaq ki, yarımada 2014-cü ildə ilhaq edilib.