Rusiya ordusu iyulun 18-də gecə saatlarında Ukraynanın Odesa və Nikolayev şəhərlərinə pilotsuz uçuş aparatı (PUA) və qanadlı raketlərlə kütləvi zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Dairəsi məlumat yayıb.
Bildirilib ki, hücum uzun müddət davam edib.
Ukrayna müdafiəçiləri Rusiyanın 6 qanadlı raketini və 21 “Shahed” PUA-sını məhv edib.
Raketlərin qırıntıları və partlayıcıların dalğaları ətrafdakı obyektlərə, bir neçə evə ziyan vurub. Onlardan bəziləri sənaye obyektlərinə düşüb.