Paytaxt Kiyev ballistik raketlərin hücumuna məruz qalıb.
APA xəbər verir ki, bu haqda Hərbi Hava Qüvvələri məlumat yayıb.
Kiyevin meri Vitali Kliçko Şevçenkivski, Solomenski və Darnitski rayonlarında dağıntılar olduğunu bildirib.
Kiyev vilayətində Rusiya ordusunun hücumları nəticəsində 11 müxtəlif bölgədə dağıntılara səbəb olduğu bildirilir.
“Xeyli sayda yaşayış binası zədələnib. Eyni zamanda, hücum dayanmır. Kiyevin üstündə çoxlu hədəflər var. Bizimkilər bütün rayonlarda rus PUA-ları ilə mübarizə aparırlar. Sığınacaqlarda qalın”, – HHM qüvvələrinin yaydığı məlumatda deyilir.