- Cəmiyyət

Rusiya ordusu Xersonu atəşə tutub, 2-si uşaq olmaqla 7 nəfər həlak olub

Rusiya ordusu dünən gecə Ukraynanın Xerson vilayətini atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Bildirilib ki, hücum nəticəsində ümumilikdə 7 nəfər həlak olub. Onlardan 2-si uşaqdır.

Məlumata görə, Rusiyanın hərbi təcavüzü nəticəsində 13 nəfər yaralanıb.