Rusiya Qara dənizin şimal-qərbində gəmi nəqliyyatının təhlükəsizliyinə verdiyi zəmanətləri geri götürüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “taxıl sazişi”nin dayandırılması ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, Qara Dəniz Humanitar Dəhlizi məhdudlaşdırılır, müvəqqəti təhlükəli ərazi rejimi bərpa olunur.
“İstanbul razılaşmalarının həyata keçirilməsində açıq təxribatların baş verdiyi bu şəraitdə “Qara dəniz təşəbbüsü” nün davam etdirilməsi mənasını itirir. Moskva yalnız Rusiya qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı konkret nəticələr əldə etdikdə sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq”, deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Kreml bu gün “taxıl sazişi”ndəki razılaşmaların faktiki dayandırıldığını açıqlayııb. (apa)