- Cəmiyyət, Manşet

Rusiya səfiri: “Əfqanıstan əhalisi Salehi dəstəkləmir”

Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov Əfqanıstanın birinci vitse-prezidenti Əmirullah Salehin xalq tərəfindən dəstəklənmədiyini bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, Əfqanıstanın birinci vitse-prezidenti Əmirullah Saleh dünən tviter səhifəsində paylaşım edərək ölkə konstitusiyasını xatırlatmış və prezidentin ölkədə olmadığı təqdirdə səlahiyyətlərin ona keçdiyini bəyan etmişdi.