Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov Əfqanıstanın birinci vitse-prezidenti Əmirullah Salehin xalq tərəfindən dəstəklənmədiyini bildirib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edək ki, Əfqanıstanın birinci vitse-prezidenti Əmirullah Saleh dünən tviter səhifəsində paylaşım edərək ölkə konstitusiyasını xatırlatmış və prezidentin ölkədə olmadığı təqdirdə səlahiyyətlərin ona keçdiyini bəyan etmişdi.