“Rusiya Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırır”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Məclisinə müraciətində deyib.
O, Rusiyanın START-dan çıxmadığını, sadəcə iştirakını dayandırdığını vurğulayıb.
Xatırladaq ki, daha əvvəl NATO Rusiyanın START-ın şərtlərinə əməl etmədiyini bildirmişdi.