- Cəmiyyət

Rusiya Ukraynada Fransa istehsallı zenit raket kompleksini məhv edib

Rusiya Silahlı Qüvvələri Fransadan Ukraynaya tədarük olunan zenit raket kompleksini məhv edib.

“Report” xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Ukraynada Fransa istehsalı olan “SAMP/T” zenit raket kompleksi məhv edilib.

Bildirilib ki, “FSAF SAMP/T”, “yer-hava” quru sistem həmçinin orta radiuslu “Mamba” hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemidir.