Dünya Güləş Birliyi (UWW) Rusiya təmsilçilərini öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.
“Report” UWW-nin rəsmi saytına istinadən xəbər verir ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar qəbul olunub.
Güləşçilərlə yanaşı, Rusiyadan olan rəsmilər də yarışlarda iştirak edə bilməyəcəklər. Bəyanatda Rusiyada keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin ləğvindən də bəhs edilir. Eyni sanksiyalar Belarus nümayəndələrinə də tətbiq olunacaq.
UWW Bürosu vəziyyətin inkişafı ilə bağlı əlavə qərarlar veriləcəyini açıqlayıb.