- Manşet

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Ukrayna ərazisindən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib”, – məlumatda deyilir.

Rusiyalı hərbçilər Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Onlar tezliklə öz vətənlərinə çatdırılacaqlar.

23:08

Rusiya və Ukrayna arasında qarşılıqlı 250 hərbi əsir mübadiləsi başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Onun sözlərinə görə, Rusiya, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 7 mindən çox əsgərinin meyitini Ukraynaya qaytarıb və az sayda meyiti təhvil alıb.