Rusiya ordusu Ukraynanın Xerson şəhərinə yenidən dronlarla hücumlar edib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, hücum nəticəsində dron zərbələrindən biri yolda hərəkət edən azərbaycanlının avtomobilinin üzərinə düşüb.
Əslən Azərbaycanın Lənkəran şəhərindən olan Rzayev Cəlil Qafur oğlunun avtomobili tamam yanıb, özü isə ağır yaralanıb. Hazırda həmyerlimiz Xerson xəstəxanasında reanimasiyadadır. Vəziyyəti kritik ağırdır.