- Cəmiyyət

Rusiya XİN: “Bir sıra Mərkəzi Asiya ölkələri Qərb sanksiyalarına qoşula bilər”

Bəzi Mərkəzi Asiya ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər.

“Report” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Valday” Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında deyib.

“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri bununla belə müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər, Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, – nazir müavini qeyd edib.