- Cəmiyyət

Rusiya XİN: “Patriot”ları məhv etmək üçün bütün tədbirlər görüləcək

“Qərb eskalasiya yolu ilə gedir, Rusiya təhdidləri neytrallaşdırmaq üçün bütün lazımi tədbirləri görəcək”.

APA-nın Moskva müxbiri xəbər verr ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Biz bilirik ki, Qərb ölkələri eskalasiya yolu ilə gedir. Ona görə də belə eskalasiya ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün tərəfimizdən lazım olan bütün tədbirlər görüləcək. Döyüş meydanlarındakı mənzərə bunu dəqiq deyir. Oraya nə gətirirlərsə, yerüstü texnikadan tutmuş, hamısını əsgərlərimiz əzirlər. Bu dəfə də belə olacaq”, – Qruşko Almaniya Müdafiə Nazirliyində Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinqin “Patriot” hava hücumundan müdafiə sistemlərinin Rusiya səmasında hava hədəflərinin məhv edilməsi üçün istifadə olunacağını istisna etməyən bəyanatını şərh edərkən deyib.