- Cəmiyyət

Rusiyada bənd uçub, Ussuriysk şəhərini su basıb

Rusiyanın Ussuriysk şəhərində daşqının qarşısını almaq üçün yaradılmış bənd uçub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, 200-ə yaxın insan ərazidən təxliyə edilib.

Rəsmilər hadisəni təsdiqləyiblər.

Şəhəri su basıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.