- Cəmiyyət

Rusiyada nüvə qüvvələrinin təlimləri keçirilir

Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Prezidentinin qərarına əsasən, qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə başlanılıb”, – məlumatda qeyd edilib.

Bildirilib ki, təlimlər zamanı Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarının istifadəsi üzrə birgə hazırlanması məsələləri işlənəcək.