- Cəmiyyət, Manşet

Rusiyada səfərbərliyə qarşı aksiyalarda 1 400-dən çox insan saxlanılıb

Sentyabrın 21-də Rusiyada səfərbərliyə qarşı keçirilən etiraz aksiyalarında 1 400-dən çox insan saxlanılıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçiləri bildirib.

Qeyd edilir ki, saxlanılmalar 38 şəhərdə baş verib. Onların əksəriyyəti Sankt-Peterburq (565 nəfər), Moskva (536 nəfər) və Yekaterinburqun (48 nəfər) payına düşür.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Hakimiyyət orqanları 300 000 insanı orduya çağırmağa söz veriblər. Ehtimal olunur ki, əvvəlcə orduda xidmət edən və ehtiyatda qalmaq üçün müqavilə bağlayanlar, sonra isə ehtiyatda olan kişilər orduya çağırılacaq. Bundan sonra bütün Rusiyada qərara etirazlar başlayıb.

22:34

Rusiyada səfərbərliyə qarşı keçirilən aksiya zamanı 1 026 nəfərdən çox etirazçı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb.

21:47

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Arbatda səfərbərliyə qarşı etiraz aksiyalarında saxlanılanlar var.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, ondan çox adam saxlanılıb. Aksiya iştirakçılarından biri saxlanılarkən huşunu itirib.

Polis yürüş başlayandan dərhal sonra etirazçıları saxlamağa başlayıb.

Etiraz aksiyasına oğulları çağırış yaşına uyğun olan qadınlar da qatılıb.

Sankt-Peterburqda 50-yə yaxın etirazçı Müqəddəs İsaak kilsəsinə yürüş edib. Etirazçılar “Müharibə yoxdur” və “Səfərbərlik yoxdur” şüarları səsləndiriblər. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, aksiya iştirakçıları saxlanılarkən dəyənəklərlə döyülür.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb. Bakı vaxtı ilə saat 20:45-ə olan məlumata görə, artıq 23 şəhərdə 364-dən çox insan saxlanılıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova