- Cəmiyyət, Manşet

Rusiyalı bankir Putinin başına 1 milyon dollar vəd edib

O, təhlükəsizlik qüvvələrini konstitusion vəzifəsini yerinə yetirməyə və cinayətkar Putini həbs etməyə çağırıb.
Rusiyalı iş adamı, hazırda ABŞ-da yaşayan “Transparent Business”in baş direktoru Aleksandr Konanıxin Putinin başına mükafat elan edib. O, işğalçı ölkənin prezidentini həbs edəcək zabitə 1 milyon dollar verəcəyini vəd edir.

Bu post  iş adamının Facebook səhifəsində yayılıb.

“Mən öz konstitusion vəzifəsini yerinə yetirərək Putini Rusiya qanunları və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətkar kimi həbs edəcək zabitlərə (zabitə) 1 milyon ABŞ dolları ödəyəcəyimə söz verirəm…  “Ukraynaya Putin ordusunun irəliləməsinə müqavimət göstərmək üçün göstərdiyi qəhrəmancasına mübarizədə kömək edəcəyəm”, – deyə biznesmen bildirib.

unian.net