“ATƏT-in Minsk Qrupu fərqli bir mövqe ortaya qoymalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Ağdamda erməni vandallığına məruz qalmış əraziləri ziyarət edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib. Markov deyib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər: “Çünki Fransa özünü tamamilə kənarda qoyub. Fransa hüquqazidd mövqedən çıxış edib və vasitəçi mövqeyindən çıxış edə bilməz. Fransa başqa bir ölkə, məsələn, Almaniya ilə əvəzlənə bilər”.