Rusiya Prezidenti Vladimir Putin Kurska daxil olduğu üçün Ukrayna tərəfinə sərt cavab tədbirləri barədə göstəriş verib.
APA-nın “lenta.ru”ya istinadən xəbərinə görə, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.
Onun sözlərinə görə, Kreml rəhbəri Ukrayna ordusunun Rusiya ərazisinə daxil olan birləşmələrinin tez bir vaxtda zərərsizləşdirilməsini tapşırıb.
A.Antonov həmçinin bildirib ki, ABŞ tərəfi Ukraynnaın “Kursk planı”ndan xəbərdar olub: “Mən qəti şəkildə əminəm ki, Kiyev bütün addımlarını Vaşinqtondan gələn göstərişlər əsasında atır. ABŞ sadəcə bir göstərişlə Kursk ərazisinə hücumu dayandıra bilər. Bir daha təkrar edirəm ki, Ukrayna ordusu ABŞ-nin əmrləri olmadan addım atmır”.