Hazırda Rusiyanın Ukraynaya hücumundan sonra başqa ölkəni işğal etməyəcəyinə zəmanət yoxdur.
Reuters xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts isveçli və finlandiyalı həmkarları ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son onilliklərdə Avropa sərhədlərin “artıq güc yolu ilə dəyişdirilməyəcəyini və dövlətlərin suverenliyinə hörmət edilməli olduğunu” qəbul edib. Rusiya bu status-kvonu pozub və buna görə də heç kim deyə bilməz ki, Rusiya prezidenti Vladimir Putin bir daha eyni şeyi etməyəcək, deyə Almaniya lideri bildirib.
“Buna görə də biz eyni vaxtda müdafiə səylərimizi genişləndirmək qərarına gəldik” deyə bildirib. Almaniya silahlı qüvvələri üçün maliyyələşdirməni artırıb və ÜDM-in 2%-ni müdafiə xərclərinə ayırmaq barədə qərar verib. Şults həmçinin Almaniyanın Finlandiya və İsveçin NATO-ya qəbuluna dəstəyini açıqlayıb.
“Əgər bu iki ölkə NATO-nun bir hissəsi olmaq istədikləri barədə qərar versələr, bizim dəstəyimizə arxalana bilərlər”, deyə o, qeyd edib.