- Cəmiyyət

Rusiyanın Estoniya ilə həmsərhəd şəhərinə dron hücumu olub, 4 hərbi təyyarə vurulub

Rusiyanın Pskov vilayətinin aerodromuna dron hücumu nəticəsində 4 hərbi təyyarə vurulub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Pskovda hərbi aerodroma dron hücumundan sonra dörd İl-76 təyyarəsi zədələnib”, – agentlik fövqəladə xidmətlərə istinadən bildirib.

Eyni zamanda, regionun qubernatoru Mixail Vedernikov teleqramda rusiyalı hərbçilərin dron hücumunu dəf etməyə çalışdığını açıqlayıb.