Rusiyanin fövqəladə hallar naziri Yevgeni Ziniçev Krasnoyarsk vilayətində keçirilən təlimlər zamanı həlak olub.
Rusiya KİV-nin məlumatına görə, 55 yaşlı nazir operatorla sıldırım qayanın üstündə dayanıbmış. “Operator sürüşüb və qayadan suya düşüb. Ətrafda insanlar çox imiş. Heç kəs reaksiya verməyə macal tapmamış nazir operatoru xilas etmək üçün özünü suya atıb. O, suyun altındakı daşa çırpılaraq ölüb, ”- deyə hadisə şahidi açıqlama verib. Nazirin xilas etmək istədiyi çəkiliş qrupunun operatoru da ölüb.