- Cəmiyyət, Manşet

Sabah Bakıda güclü cənub küləyi əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.