Sabah, martın 2-də Türkiyə Böyük Millət Məclisi Ukrayna ilə bağlı xüsusi iclas keçirəcək.
“Report” “Posta”ya istinadən xəbər verir ki, toplantıda Ukraynadakı son vəziyyət müzakirə olunacaq.
Xarici işlər naziri Mövlud Çavuşoğlu iclasda çıxış edəcək, Türkiyənin atdığı addımlarla bağlı deputatları məlumatlandıracaq.