Orta məktəb şagirdlərinin məktəb daxilində maska taxmaları məcburi deyil.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazirin müşaviri Rüstəm Ağayev məlumat verib.
O qeyd edib ki, maska taxmaqla bağlı qərar valideynlərin istəyindən asılıdır:
“Biz ötən il də valideynlərə imkan yaratmışdıq ki, onların istəyinə uyğun olaraq şagirdlər məktəbdə maska taxa və ya taxmaya bilərlər. Bu il də qaydalar eyni olacaq”.