Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Tibb kollecinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzi, sağlam düşüncə” adlı tədbir keçirilib.
Lənkəran Tibb kollecində keçirilən tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Yusif Xamıyev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli və kollecin tələbələri iştirak edib.
Çıxışlar zamanı sağlam həyat tərzinə mane olan zərərli vərdişlər və yad ideoloji düşüncələrdən bəhs edilib. Gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib. Onların fiziki və mənəvi baxımdan sağlam gənclər kimi formalaşmalarının əhəmiyyəti vurğulanıb.