“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.
“Report” xəbər verir ki, bu barədə Ş.Şıxlinskinin oğlu vəkil Mutvalı bildirib.
Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.
M.Şıxlinski güman edir ki, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş – Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlı ola bilər.