- Mədəniyyət

Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq

Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından olan Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri nümayiş olunacaq.

Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada S.Dalinin original işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.