“Mən fəxr edirəm ki, britaniyalı, eyni zamanda azərbaycanlı əsilli müsəlmanam”.
APA xəbər verir ki, bunu tanınmış britaniyalı müğənni Sami Yusif özünün “Youtube” səhifəsində “Sən haralısan” başlığı ilə paylaşdığı videoda deyib.
Bildirib ki, bu sualı Böyük Britaniyanın mədəni müxtəlifliyini qəbul etməyən insanlardan fərqli anlamlarda eşidir.
Sami Yusif qeyd edib ki, Britaniyanı vətəni kimi görməklə yanaşı, özündə azərbaycanlı valideynlərinin mirasını ehtiva edir.
“Mən həmçinin özümdə azərbaycanlı valideynlərimdən mənə keçmiş mirası ehtiva edirəm. Onlar şərqlə qərbin kəsişməsində yerləşən, ruhani poetikası və incə musiqisi olan yerdən gəliblər. Ehtimal ki, mənim azərbaycanlı köklərim məni poetikanı və bir çox mədəniyyətə məxsus musiqini sevməyə məcbur edib, xüsusilə də sufi dünyasını. Bu incəsənət növləri mənim qəlbimə nüfuz edib. Mən musiqi bəstələdiyim, musiqi alətini əlimə aldığım, oxuduğum zaman həmişə bu səslərin uzaq bir exosunu duyuram. Onlar mənim varlığımın böyük bir hissəsidir… Mədəni kimliyimiz bizim kim olmağımız və nə etməyimiz haqqında çox məlumat verir. O, bizim ətrafımızdakı bizə dərs keçən, bizi qəlibə salan şəkilləndirən hər şeydən gəlir… Mən inanılmaz dərəcədə müxtəlif, səs-küylü, heyranedici Londondanam. Mən fəxr edirəm ki, britaniyalı, eyni zamanda azərbaycanlı əsilli müsəlmanam. Mən bunda heç bir ziddiyyət görmürəm. Məni formalaşdıran digər yerlərdə də vətəndə hiss edirəm…Bura Bax və Korellidən tutmuş Mərakeşin sufi nəğmələrinə, Azərbaycanın müqəddəs muğamına, Pakistanın və Hindistanın qavvali musiqisinə qədər hər şey daxildir. Mən hər zaman qəlbimə toxunan bu səslərdə özümə yer tapmışam. Beləliklə, mən haradanam? Mən bunların hamısındanam. Bunların hamısı mənim bir parçamdır”.