Sankt-Peterburqun Krasnoqvardeyski rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində xəsarət alan yoxdur.
“Report”un məlumatına əsasən, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov özünün Telegram kanalında yazıb.
O bildirib ki, ziyan dəymiş mənzillərin sakinləri təxliyə olunub.
Başqa bir məlumata görə, PUA-ların göyərtəsində təxminən 3,5 kq partlayıcı olub.
Ukraynanın əsas hədəfinin Ruçi neft anbarı olduğu ehtimal olunur.