- Cəmiyyət, Manşet

Separatçılar Donbasda nasos stansiyasını atəşə tutub: 50-yə yaxın şəhər və kənd susuz qalıb

Donetsk vilayətində atəş nəticəsində nasos stansiyasının transformatorları sıradan çıxıb və 50-yə yaxın yaşayış məntəqəsinə su verilişi dayandırılıb.

“Donbas suyu” kommunal şirkətinin saytında verilən məlumata görə, bu gün Cənubi Donbas su kəmərininnasos stansiyası atəş zonasında olub, nəticədə iki transformator döyüş sursatı ilə zədələnib.

Kamilinfo unian-net saytına istnadən bildirir ki, Ukraynanın şərqində eskalasiya artıq üçüncü gündür ki, davam edir. Son 24 saat ərzində rus işğalçıları 19 dəfə atəşkəsi pozub, atəş nəticəsində bir ukraynalı döyüşçü həlak olub.