- Mədəniyyət

“Sevənlərindir dünya” tamaşası yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Sevənlərindir dünya” (Əmir Pəhləvan) tamaşası növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də təqdim olunacaq tamaşada azərbaycanlı (Şərif) və özbək (Müyəssər) iki gəncin sevgi hekayəsindən bəhs olunur.

Quruluşçu rejissoru Elməddin Dadaşov olan bu səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili və digərləri iştirak edirlər.