- Cəmiyyət, Manşet

Sevinc NƏZƏRLİ: “Bütün Türk Dünyasına sülh, birlik, həmrəylik diləyirəm”

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) 2021-ci ildən etibarən xaricdə yaşayan soydaşlarımızla da əlaqələr qurur, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadə, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənir, prolemlərinin həllinə çalışır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Kamilinfo.net Dünya Azərbaycanlılarnın Həmrəylik Günü və Yeni il öncəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın ürək sözlərini dəyərəli oxucuları ilə bölüşməyi özünə borc bilir.

Sevinc NƏZƏRLİ, İsveç Azərbaycan Dram Teatrının bədii rəhbəri:

“İsveç Krallığı Avropa ölkələri arasında yeganə ölkədir ki, orta məktəblərdə həftədə bir dəfə ana dilini öyrətmək üçün imkan yaradıb. Çox üzücüdür ki, çox sayda azərbaycanlılar bu imkandan  yararlanmırlar.

Ürək ağrısı ilə ilə qeyd edim ki, biz ilkin nəsil inteqrasiya olunmamış, ikinci, bizdən sonra gələn nəsil assimilyasiyaya uğrayır.

Səbəbini belə ifadə edə bilərəm ki, yaşadığımız xarici ölkənin dilini mükəmməl biımədiyimizdən, şivə-ləhçə ilə danışdığımıza ğörə bu kompleksdən qurtulmaq üçün  övladlarımızın xarici dildə mükəmməl danışmasını daha çox istəyirik.

Əsl həqiqəti və vacib olanı unuduruq, görməzdən ğəlirik. Danışdığımız ana dilimiz Azərbaycan türkcəsidir, Turan dilidir.

Məhz bu dil, bizi bütün türkdilli xalqlarla ünsiyyət qurmağa yardım edəcək və bizi birləşdirəcək. Üzümüzə ğələn Yeni ildə 30 ildir ürəyimdə qalan arzumu sizlərə də diləmək istəyirəm.

Bütün Türk Dünyasına sülh, birlik, həmrəylik diləyirəm.

Və çox yaxın gələcəkdə bunun bir gün gerçəkləşəcəyinə inanıram.

FADMM ailəsinə çəkdiyi zəhmətə, etdiyi fədakarlığa, apardığı mübarizəyə ğörə öz adımdan və Teatrımızın kollektivi adından minnətdarlığımı bildirirəm”.