- Mədəniyyət

“Sezar” film mükafatının Parisdə təqdimatı olub

Fransanın “Oskar” mükafatı kimi tanınan “Sezar” film mükafatı Parisdə təqdim olunub.

AZƏRTAC türk mediasına istinadla xəbər verir ki, 47-ci dəfə təqdim olunan “Sezar” mükafatı bu dəfə “Lost İllusions” filminə təqdim edilib.

Film “Ən yaxşı film” də daxil olmaqla 7 nominasiyada qalib seçilib.

Qeyd edək ki, “Ən yaxşı rejissor” nominasiyasında Leos Karaks, “Ən yaxşı aktyor” kateqoriyasında isə Benuat Magimil mükafatlandırılıb.