- Cəmiyyət

“Siemens” də Rusiya bazarını tərk edir

Ukraynada müharibə səbəbi ilə Almaniyanın sənaye nəhəngi “Siemens” Rusiya bazarını tərk edir.

APA “Reuters“ə istinadən xəbər verir ki, şirkət Rusiyadakı bütün sənaye əməliyyatlarını və biznes fəaliyyətlərinin tədricən bağlanılmasına start verdiyini bəyan edib.

“Biz Ukraynada müharibəni qınayaraq beynəlxalq ictimaiyyətə qoşuluruq və insanlarımızın dəstəklənməsinə, humanitar yardımların tədarükünə fokuslanırıq. Bu gün biz Rusiyadakı sənaye biznesi fəaliyyətlərimizin tədricən bağlanılması prosesini həyata keçirmək qərarımızı bəyan edirik”, – şirkətin Baş icraçı direktoru Roland Buş bildirib.

Rusiyada 3 min əməkdaşı olan “Siemens” şirkətinə sanksiyalar səbəbi ilə, xüsusilə də qatar istehsalı sahəsi üzrə 600 milyon avro zərər dəyib. Rusiyada sürətli qatarların istehsalı və baxımını həyata keçirən şirkət bundan başqa, 200 milyon avro gəlirdən məhrum olduğunu bəyan edib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova