Memarlıq abidələrimizin tacı hesab olunan Sınıq körpü Qazax-Tbilisi yolunda, Xram (Təpədöy) çayı üzərində qurulub. Xalq arasında bu körpüyə Sınıq körpü də deyilir.
Hal-hazırda Gürcüstanla Azərbaycan arasında olan dövlət sərhədi məhz buradan keçir. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib.
Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Sınıq körpüdür. Abidə XII əsrdə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvan zamanında tikilib. Dörd aşırımlı (aşırımların uzunluğu – 8,2 m, 16,1 m, 8 m, 26,1 m) körpünün ümumi uzunluğu 175 metrdir. Sahildə eni 12,4 m, keçid hissədə isə 4,3 metrdir. Başdan-başa bişmiş kərpiclə üzləşmiş abidə buna görə də “Sınıq körpü” adını alıb. Sahil dayaqlarında vaxtilə karvanların gecələməsi üçün geniş otaqlar var (sol sahilində 168 kv.m, sağ sahilində 116 kv.m). Belə iri karvansaların olması körpünün karvan yollarında böyük əhəmiyyət daşıdığını göstərir. Sınıq körpü üslub cəhətdən qədim Gəncə, Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə eyniyyət təşkil edir. XVII əsrdə Şax Abbas tərəfindən əsaslı təmir etdirilib və bəzədilib.
Sınıq körpünün böyük aşırımı (26,1 m) Azərbaycan inşaat texnikası içərisində ən iri tağ aşırımlarından biridir. Bu da Qazaxdakı bu tarixi memarlıq abidəsini nadir mühəndis qurğuları sırasına salmağa imkan verib. Başdan-başa bişmiş kərpiclə üzənmiş və buna görə də “Sınıq körpü” adlandırılan abidə, iri və saya biçimlərlə işlənmişdir. Qazax körpüsü şəhər memarlığına xas incə üslubu olan Gəncə körpülərindən miqyas iriliyi və tutum monumentallığı ilə seçilir.
Sınıq körpünün yüksək mühəndis həlli özünü sivri tağbənd aşırımlarının bişmiş kərpicdən tağparasız qurulmasında, içərisində üç uzununa dəhlizlər sisteminin hesabına onun tağlarüstü kütləsinin yüngülləşdirilməsində, bütövlükdə su səthi üzərində hörgü işlərinin texniki baxımdan çox səmərəli təşkilində və s. göstərir. Sahildə körpünün eni 12, 4 m olduğu halda, keçid hissəsində 4,3 m-dir.
Lakin Sınıq körpüdən daha qədim olan tarixi Sınıq körpü çay axarı ilə 100 metr aralıda yerləşirdi. Gümana görə o Qafqaz Albaniyası dövründə (V əsr) inşa edilib. Tikiləndən uzun illər sonra körpünün tacı, daş çatmasının biri sınır. O vaxtdan adı Sınıq körpü qalıb. Zaman içərisində dağılan körpünün qalıqları indi də bilinir.
portal.azertag.az