Hindistanda su daşıyan bir kişinin iki küpəsi vardı. Onları ağacın ucuna keçirib çiynində su daşıyırdı. Küpələrin birində çat vardı və bulaqdan ustadın evinə gələnə kimi suyun yarısı tökülür, küpənin ortasından su qalırdı. İki il ərzində bu, belə davam elədi. Su daşıyan hər dəfə bir küpə yarım su gətirirdi. Çatsız küpə öyünürdü. Çatı olan küpə isə xəcalət çəkirdi. Bir gün o dilə gəlib su daşıyana dedi:
-Mən utanıram və səndən üzr istəyirəm.
-Niyə? Nədən utanırsan?
– İki ildir, mən doldurduğun suyun yarısını aparıb evə çatdırır, sənə ziyan vururam. Mənim nöqsanıma görə sən də öz məqsədinə çata bilmirsən.
Su daşıyan küpəyə dedi:
-İndi biz evə qayıdanda sən yolun qırağındakı güllərə bax.
Döğrudan da, qayıdanda küpə gördü ki, yolun bir qırağında çox gözəl güllər bitib. Amma evə çatanda yenə qanı qaraldı, çünki suyun yarısını gətirib çıxarmışdı. Bu vaxt su daşıyan ona dedi:
-Fikir verdinmi, güllər yolun yalnız bir tərəfində bitib? O biri küpənin getdiyi tərəfdə gül yoxdu. Məsələ burasındadır ki, mən sənin bu nöqsanını bilirdim və bundan istifadə etdim. Mən yolun sən olan tərəfinə gül toxumları səpdim və hər dəfə sudan qayıdanda sən onları suvardın. İki il ərzində mən bu gözəl güllərlə ustadımın stolunu bəzədim. Sən olmasan, evdə bu gözəllik olmazdı.