Slovakiya Respublikasının baş naziri Eduard Heqer vurğulayıb ki, Ukrayna təkcə özünü müdafiə etmir.
Slovakiya S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib.
Bu barədə Slovakiyanın Baş naziri Eduard Heqer Tvitter hesabında məlumat verib.
Qeyd edək ki, Slovakiya S-300 sistemini Ukraynanın tələbi ilə BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsinə uyğun olaraq təhvil verib.
Heqer öz Facebook səhifəsində S-300-lərin Ukraynaya təhvil verilməsi ilə bağlı videomüraciət də yayıb. Səs yazısı Kiyevə gedərkən qatarda aparılıb. Bir neçə saat əvvəl Slovakiyanın baş naziri Ukraynanın paytaxtına gəlib.
O vurğulayıb ki, S-300 kompleksinin Ukraynaya verilməsi ilə bağlı qərar Slovakiyanın silahlı münaqişənin bir hissəsinə çevrilməsi demək deyil.