Rusiyalı məşhur jurnalist Kseniya Sobçak ölkəsinə qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, aparıcı Pskov vilayətində sərhədi keçib. Sobçakın özü ölkəyə qayıtması barədə hələlik açıqlama verməyib.
Qeyd edək ki, Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib. Məlumata görə, Sobçak Belarusdan Litvaya gedib.
O, əməliyyatçıları aldatmaq üçün internet vasitəsilə ilk olaraq Dubaya, daha sonra isə Türkiyəyə bilet alıb.
Müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o qaça bilib.
Rusiya KİV-ləri xəbər yayıblar ki, Kseniya Sobçak Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.