“SOCAR Energy Ukraine” təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.
“Report” xəbər verir ki, SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov feysbuk səhifəsində yazıb.
“Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək”, – paylaşımda deyilir.